DOQUP layihəsinin final konfransı keçirilib

04/05/2015

Qırğızıstanın Jusup Balasaqın adına Qırğız Milli Universitetində DOQUP layihəsinin final konfransı keçirilib. Konfransda BDU-nu Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib. Tədbirdə partnyor ölkələrin Təhsil Nazirliklərinin, Erasmus plus ofislərinin nümayəndələri,həmçinin Özbəkistan və Türkmənistan universitetlərindən  nümayəndələr iştirak ediblər.

Tədbirin əsas məqsədi layihənin nəticələrinin yayılması, tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə online sistemin tətbiq edilməsi istiqamətində aparılan işlərin müzakirəsi və layihə nəticələrinin davamlılığını təmin etmək məqsədi ilə qətnamənin qəbul edilməsindən ibarət olub.

Konfransda layihənin koordinatoru Genuya Universitetinin professoru Alfredo Skvarzoni təqdimat ilə çıxış edib. Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Tacikistanın təhsil nazirliklərinin nümayəndələri DOQUP layihəsinin Bolonya prosesinə inteqrasiyası üçün əhəmiyyətindən danışıblar.

Bundan sonra DOQUP layihəsinin ölkələr üzrə milli koordinatorları təqdimatlarla çıxış ediblər. Onlar layihə nəticələrinin milli səviyyədə təhsil sisteminə təsirini müzakirə ediblər.

Daha sonra universitet nümayəndələri təmsil etdiyi universitetlərdə layihənin nəticələri haqqında təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan 2005-ci ilin may ayında Bolonya Deklarasiyasını imzalamaqla Avropa təhsil məkanına daxil olub. 2011-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti, Qafqaz Universiteti və Odlar Yurdu Universiteti İtaliyanın Genoa Universiteti tərəfindən koordinatorluq etdiyi TEMPUS “Tədris Proqramlarının Keyfiyyətinin Təmin Edilməsi üzrə Sənədləşmə” - DOQUP layihəsinə qoşulub. Layihənin ümumi partnyrlarının sayı 28-dir.

BDU həmin layihədə Azərbaycan üzrə milli koordinatordur. Layihənin əsas məqsədi partnyor ölkələrində keyfiyyətin təmin edilməsi üzrə Avropa Standartları və Əsaslarına müvafiq tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə onlayn sənədləşmə sisteminin müəyyən edilməsi və yerinə yetirilməsidir. Onlayn sənədləşmə tədris poqrmalarının şəffaflığını təmin edir, bu da, öz növbəsində, Bolonya prosesinin ən əsas məqsədlərindən biridir. Bundan əlavə, tədris proqramları haqqında məlumatların onlayn yerləşdirilməsi onların milli və beynəlxalq səviyyədə müqayisəliliyi üçün əhəmiyyətlidir. Bu da Bolonya prosesinin digər mühüm məqsədlərindən birini təşkil edir. Məlumatların onlayn şəkildə olması tədris proqramlarının keyfiyyətinin artırılmasına da səbəb olur.

Mətbuat və informasiya şöbəsi 04 may 2015-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024