Dosent Cavanşir Muradov Moldovada beynəlxalq elmi-praktik konfransda iştirak edib

08/11/2019

04-05 noyabr 2019-cu il tarixlərində Moldova Respublikasının Kişinyov şəhərində MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Tiraspol Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “MDB mədəni məkanında rusistikada ənənələr və innovasiyalar: vəziyyəti və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda BDU-nun  Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, Ümumi dilçilik kafedrasının dosenti Cavanşir Muradov iştirak edib.
Tiraspol Dövlət Universitetinin rektoru Eduard Koropçanu elmi forumu açıq elan edərək iştirakçılara uğurlar arzulayıb, universitetləri əməkdaşlığa dəvət edib. Konfransa Rusiya, Belarus, Moldova, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın müxtəlif ali təhsil müəssisələrindən çoxsaylı elm adamı qatılıb.
Dosent Cavanşir Muradov “MDB mədəni məkanında rus dilinin öyrənilməsi problemlərinin aktual vəziyyəti” bölməsinə həmsədrlik edib, “Azərbaycan dilinin kompüter terminologiyasının formalaşmasında rus dilinin rolu” adlı məruzə ilə çıxış edib. O, çıxışının əvvəlində Azərbaycanda rus dilinin öyrənilməsindən, ona göstərilən dövlət qayğısından, Rusiyanın bir sıra aparıcı ali məktəblərinin Bakı yaradılmış filiallarının fəaliyyətindən söhbət açıb. BDU-nun dilçi aliminin məruzəsi təşkilat komitəsi və konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib, ona sertifikat təqdim olunub.  
Konfrans müddətində iştirakçılar Kişinyovda A.S.Puşkinin ev muzeyində olublar.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026