BDU-nun dosenti Türkiyədə simpoziumda çıxış edib

23/10/2018

Türkiyənin Əskişəhər Osmanqazi Universitetində X Uluslararası Dünya Dili Türkcə Simpoziumu keçirilib. Ənənəvi olaraq hər il təşkil edilən simpoziuma dünyanın müxtəlif ölkələrindən çoxsaylı elm adamları qatılıb. Bu mötəbər tədbirdə Bakı Dövlət Universitetini Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva təmsil edib.

Simpoziumun açılış mərasimində türk dünyasının görkəmli dilçi alimləri, professorlar -  A.B.Ercilasun, D.Yıldırım, L.Karahan və başqaları çıxış edərək türk dilinin zəngin imkanlarından, böyük coğrafiyaya malik ünsiyyət dili olmasından danışıb, bu istiqamətdə əsas vəzifələrdən və perspektivlərdən söz açıblar.

Açılış mərasimindən sonra bölmə iclasları öz işinə başlayıb. Dosent Qızılgül Abdullayevanın “XVII əsr Azərbaycan ədəbi dilində dialekt leksikasının tarixi təzahürü” adlı məruzəsi böyük maraqla dinlənilib.

Sonda təmsilçimizə təşkilat komitəsi tərəfindən sertifikat və xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, Qızılgül Abdullayeva həm də X Uluslararası Dünya Dili Türkcə Simpoziumunun Təşkilat Komitəsinin üzvüdür.

Mətbuat və informasiya şöbəsi, 23 oktyabr 2018-ci il.

 

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026