Dosent Saleh Əliyev beynəlxalq seminarda iştirak edib
17/04/2018
Biologiya fakültəsinin dosenti Saleh Əliyev Avropa İttifaqı Su Təşəbbüsü (AİST +) proqramının və İOWAT-ın (Beynəlxalq Su Ofisinin) dəstəyi ilə keçirilən AİST+ lahiyəsinin pilot ərazisində tranzit və sahilyanı su obyektlərinin müəyyənləşdirilməsi (ayrılması) üzrə beynəlxalq seminarda iştirak edib. Bakı şəhərində keçirilən seminarda bir sıra məsələlərlə yanaşı, Kür çayının deltası, Xəzərin sahil sularında monitorinqlərin aparılması da nəzərdən keçirilib, perspektivlər müzakirə olunub.
Seminarda, İngiltərə, Xorvatiya, Gürcüstandan olan ekologiya üzrə beynəlxalq ekspertlər də iştirak edib.
Mətbuat və informasiya şöbəsi, 18 aprel 2018-ci il.
![]() |
![]() |
Xəbərlər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub


