DOST Agentliyi və Bakı Dövlət Universiteti arasında Birgə Fəaliyyət Planı imzalanıb

14/03/2023

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və BDU-nun rektoru Elçin Babayev imzalayıblar. Sözügedən Birgə Fəaliyyət Planı 6 fəaliyyət istiqaməti üzrə 22 tədbiri əhatə edir.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, imzalanan Birgə Fəaliyyət Planı qarşılıqlı əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin təkmilləşdirilməsinə, sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsinə töhfə verəcək.

BDU-nun rektoru Elçin Babayev Plana uyğun olaraq BDU və DOST Agentliyinin iştirakı ilə sosial əhəmiyyət kəsb edən istiqamətlərdə yerli və beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin Birgə Fəaliyyət Planına uyğun olaraq "DOST" mərkəzlərində yaradılması nəzərdə tutulan "Sosial iş və psixologiya klinikası"nın əhəmiyyəti qeyd edilib.

Qeyd edək ki, DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu ötən ilin aprel ayında imzalanıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026