DOST İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzinin direktorunun BDU tələbələri ilə görüşü

20/10/2022

Bakı Dövlət Universiteti (BDU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi arasında birgə əməkdaşlığa dair anlaşma memorandumunda nəzərdə tutulan istiqamətlər üzrə əməli fəaliyyət öz töhfələrini verməkdədir.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının dəvətilə DOST İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzinin direktoru Pərvinə İsmayılova Sosial iş ixtisasında təhsil alan tələbələrlə görüşüb. Mərkəzin fəaliyyət istiqamətləri, iş prinsipləri ilə bağlı məlumat verən Pərvinə İsmayılova bu sahədə sosial işçilərin verə biləcəyi töhfələrdən bəhs edib. O bildirib ki, BDU tələbələrinin mərkəzdə könüllü kimi təcrübə keçmələri üçün hər bir şərait var. Artıq BDU-nun Sosial iş ixtisasında təhsil alan tələbələrin bir qismi mərkəzdə könüllülük proqramında iştirak edərək sertifikatlar alıb, ötən il IV kursda təhsil alan sosial işçilər təcrübələrini uğurla başa vurub, onlardan bəziləri qurumda işə qəbul edilib.

BDU-nun Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev DOST İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzinə Sosial iş ixtisasında təhsil alan tələbələrin könüllü fəaliyyəti, praktikalarının təşkili, buraxılış işlərinin hazırlanması üçün şərait yaratdıqlarına görə təşəkkür edib, yeni könüllük proqramının zəruriliyini vurğulayıb.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, könüllülük proqramı ilə bağlı müraciətlər qəbul edilib.

Xəbərlər

Türkiyənin Ərciyəz Universitetinin professoru BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib

Türkiyənin Ərciyəz Universitetinin professoru BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib
20/11/2025

BDU-nun Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb

BDU-nun Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb
20/11/2025

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək
20/11/2025