Hüquq fakültəsində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

10/11/2021

Bakı Dövlət Universitetinin (BDU)  Hüquq fakültəsində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) sədri Firavan Əlizadənin moderatorluğu ilə keçirilən tədbirdə fakültənin dekanı vəzifəsini icra edən Cabir Quliyev, professor Əmir Əliyev, dekan müavini Aytəkin İbrahimova, dosentlər - Boran Əziz, Bəxseyiş Əsgər, Novruz Mehdiyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyimizin simvolu, qürur mənbəyimizdir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Həmçinin Bayraq Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin əlaməti kimi dəyərləndiriblər.

Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın ölkəmizin işğaldan azad olunmuş torpaqlarında yenidən dalğalanmasının azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyi vurğulanıb. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması və torpaqlarımızın işğaldan azad olunmasının xalqımıza qürur hissi yaşatması barədə danışılıb.

Tədbirdə fakültənin birinci kurs tələbələri - Kənan Bağırov, Rəhimə Ağayeva çıxışlarında 8 noyabrda Şuşaya sancılan ay-ulduzlu üçrəngli bayrağın şəhid qanıyla bütövləşən vətən torpaqlarının bölünməzliyinin simvolu olduğu, “Dəmir Yumruq” əməliyyatının ölkəmizdəki xalq-dövlət-ordu birliyini bütün dünyaya nümayiş etdirdiyi və bu ifadənin tək Azərbaycan xalqının deyil, bütövlükdə Türkiyə-Azərbaycan qardaşlığının və dostluğunun mücəssəməsinə çevrildiyini vurğulayıblar.

Tədbir tələbələrin ifasında bədii hissə ilə davam edib.


 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024