Dövlət İmtahan Mərkəzi BDU-da təqdimat keçirib

05/06/2018

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrin iniştirakı ilə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 10aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə baş tutub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətindən danışıb və Mərkəzin bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları  tərəfindən iki təqdimat keçirilib. Qurumun sektor müdiri və şöbə müdiri - Kamil Baxşəliyev dövlət qulluğuna qəbul mexanizmləri,dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında,karyerada inkişaf və Vüqar Əkbərov isə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlər barədə məlumat veriblər.

Tədbir iştirakçıların çoxsaylı suallarına cavabla başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi, 5 iyun 2018-ci il.

Xəbərlər

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub
03/08/2026