Dövlət Məşğulluq Agentliyi BDU tələbələri üçün infosessiya keçirib

17/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun və Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi karyera filialının birgə təşkilatçılığı ilə tələbələr üçün infosessiya keçirilib.

İnfosessiyanın keçirilməsində məqsəd tələbələri karyera quruculuğu, əmək bazarının tələbləri ilə tanış etmək, onları bu istiqamətdə maarifləndirməkdir.

DMA-nın Mərkəzi karyera filialının əməkdaşı, karyera məsləhətçisi Mikayıl Tağıyev tələbələri müsahibədə iştirak üsulları, CV və istək məktubunun hazırlanması qaydaları, iş axtarışı, əmək bazarının araşdırılması, karyera planlaması, yumşaq və texniki  bacarıqlara yiyələnmək yolları, könüllülük proqramlarına qoşulmaq və başqa mövzular haqqında məlumatlandırıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026