Dövlət Məşğulluq Agentliyi BDU tələbələri üçün növbəti infosessiya keçirib

27/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun və Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə tələbələr üçün infosessiya keçirilib.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrin karyera quruculuğu istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirib ki, Karyera və məzunlarla əlaqə sektorunun fəaliyyəti tələbələrin gələcək iş həyatına aktiv qoşulmasını təmin etməyə yönəlib. Bu məqsədlə təlim və infosessiyalar keçirilir, tələbələr müxtəlif şirkətlərin vakansiyaları, təcrübə proqramları ilə tanış edilir.

Daha sonra DMA-nın əməkdaşı İlham Alı Yusif  “İş dünyasına necə hazır olaq” mövzusunda təqdimat edib. Bu mövzunu müzakirə etməkdə məqsəd gənclərin daim dəyişən əmək bazarı barədə məlumatlılığını artırmaq, onları gələcəyin peşə və bacarıqları ilə tanış etmək, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar yetişdirməkdir.  Əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar. Ona görə də gənclərin əmək bazarı, işçi qüvvəsinə olan tələblər, gələcəyin peşə və bacarıqları, karyera planlaması haqqında biliklər əldə etməsinə dəstək göstərilməsi vacibdir. Təlimçi tələbələri kommunikasiya strategiyaları, münaqişəli vəziyyətlərin həlli mexanizmləri ilə də tanış edib.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026