Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib

01/05/2024

Dövlət Məşğulluq Agentliyi (DMA) Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Müsahibə texnikaları” mövzusunda seminar keçirib.

Karyera Festivalı çərçivəsində təşkil olunan seminarda DMA-nın əməkdaşı Jalə Bənnayeva işədüzəlmə ərəfəsində işaxtaranların müsahibə texnikalarına yiyələnməsinin vacib məqam olduğunu qeyd edib.

İş müsahibəsinin növləri barədə məlumat verən DMA əməkdaşı özgüvənin, bədən dilinin, səmimiyyətin, şirkət və vəzifə barədə araşdırmanın, öncədən məşqetmənin də bu prosesdə rolunu izah edib. O bildirib ki, araşdırmalara əsasən, ünsiyyətin 7%-ni sözlər, 38%-ni intonasiya, 55%-ni isə bədən dili təşkil edir. Bu baxımdan müsahibə mərhələsində bədən dilindən doğru istifadə işaxtaran şəxsi digər namizədlərdən fərqləndirən amilə çevrilə bilər.

Tədbir interaktiv formada davam edib, tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026