Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib

25/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin “Career Frame” layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Mentorluq və inkişaf şöbəsinin əməkdaşı Mikayıl Tağıyevin “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda onlayn təlimi keçirilib.

Təlim zamanı iştirakçılara “LinkedIn” profilinin düzgün strukturlaşdırılması, HR mütəxəssisləri və işəgötürənlərin profillərə yanaşma prinsipləri, peşəkar onlayn imicin formalaşdırılması ilə bağlı praktiki biliklər təqdim edilib. Təlimçi mentorluq və inkişaf sahəsində real nümunələr əsasında keyfiyyətli “LinkedIn” profilinin karyera imkanlarının genişlənməsindəki rolunu xüsusi vurğulayıb.

Təlimin sonunda məzunların sualları cavablandırılıb.

Qeyd edək ki, “Career Frame” Karyera və məzunlarla iş Mərkəzinin BDU-nun 2023–2025-ci illər məzunları üçün nəzərdə tutulan karyera inkişaf layihəsidir. Layihə məzunların əmək bazarına hazırlığının artırılması, onların peşəkar bacarıqlarının inkişafı və karyera planlamasına dəstək məqsədi daşıyır.

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026