Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi görüşdə BDU əməkdaşları iştirak edib

29/01/2021

Dövlət Məşğulluq Agentliyinin (DMA) rəhbərliyi ali təhsil müəssisələrinin karyera mərkəzlərinin əməkdaşları ilə onlayn görüş keçirib. Görüşdə DMA-nın rəhbəri Mustafa Abbasbəyli universitet tələbələrinin karyera planlaması, məzun olan tələbələrin əmək bazarında özlərinə karyera qurmaları üçün universitet karyera mərkəzlərinin fəaliyyətindən danışıb. DMA tərəfindən universitet karyera mərkəzlərinin ortaq fəaliyyətinin təmin edilməsi, birgə layihələrin reallaşdırılması və gündəmdə olan problemlərin həllinə adekvat yanaşmaq üçün yeni şura haqqında geniş müzakirə aparılıb.
Görüşdə Bakı Dövlət Universitetinin Karyera və məzunlarla əlaqə sektorunun müdiri vəzifəsini icra edən Yeganə İmanova görüşün əhəmiyyətindən danışıb, şuranın yaradılmasının məzunların karyera qurması və planlaşdırılmasında mühüm işlərdən biri olacağını bildirib. Şuranın əhəmiyyətindən danışan BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun əməkdaşı İlkin Şərifov dövrün tələblərinə uyğunlaşmaq və birgə əməkdaşlıq etmək üçün yeni yaradılmış bu platformanın vacibliyindən bəhs edib. BDU-da şuranın fəaliyyətinin təşkili üçün müvafiq tədbirlər həyata keçirmək məqsədilə bütün imkanların yaradılmasına diqqət çəkib.

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026