Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası adlı beynəlxalq konfrans

21/09/2010

Sentyabrın 21-də Bakı Dövlət Universitetində Türkdilli  Ölkələrin  Parlament Assambleyası tərəfindən təşkil olunan "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası" adlı beynəlxalq  konfrans keçirilib. Konfransı giriş sözü ilə  rektor, akademik Abel Məhərrəmov açıb.  Tədbirin Bakı Dövlət Universitetində keçirilməsinə görə, TürkPA rəhbərliyinə, ilk növbədə, onun Baş katibi cənab Ramil Həsənova təşəkkürünü bildirən rektor Abel Məhərrəmov  quruma çətin, lakin şərəfli fəaliyyətində böyük uğurlar arzulayıb. Rektor TürkPA-nın 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin “Dolmabaxça Sarayı”nda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının parlament rəhbərlərinin imzaladıqları Sazişlə təsis olunan və beynəlxalq təşkilat statusuna malik olan qurum olduğunu, Qurumun birinci plenar sessiyasının 29 sentyabr 2009-cu ildə Bakı şəhərində keçirildiyini, TürkPA-nın Beynəlxalq Katibliyinin Bakı şəhərində yerləşdiyini qeyd edib.

Bu qərarlardan ən önəmlisi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasıdır. Qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcək. Bu istiqamətdə fəaliyyət səngimir və növbəti addımlar atılmaqdadır. Qazaxıstan Respublikasının Prezidenti  cənab Nursultan Nazarbayevin Naxçıvan zirvə toplantısında Türkdilli xalqların Akademiyasının yaradılması   ilə bağlı təklifi gerçəkləşdirilmək üzrədir. Artıq Astanada bu Akademiya üçün bina ayrılmışdır, onun strukturunun formalaşdırılması üzrə iş aparılmaqdadır. Prezident İlham Əliyev isə elə həmin toplantıda TÜRKSOY Fondunun yaradılması təklifini irəli sürmüşdür və artıq bu istiqamətdə də müəyyən işlər görülməkdədir. İnanıram ki, tezliklə hər iki təşəbbüs tam şəkildə həyata keçiriləcəkdir.

Daha sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Ramil Həsənova söz verilib.  Ramil Həsənov iştirak edən qonaqları təqdim etdikdən sonra Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev çıxış edib. Öncə BDU-nun Azərbaycan təhsili  və elmi üçün flaqman olduğunu deyən S.Mirzəyev Milli Məclisin dövlətlərarası inkişafın fəaliyyətində mühüm rol oynadığını qeyd edib. 1995-ci ildən bəri parlamentin çox uğurlu fəaliyyət göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdıran S.Mirzəyev  Milli Məclisi  8 parlamentlərarası beynəlxalq təşkilatın tam hüquqlu üzvü olmasından, ATƏT, AŞ, MDB, İKT kimi nüfuzlu Parlament Assambleyalarının üzvü olaraq uğurlu fəaliyyətindən bəhs edib. O, TÜRKPA-nın xalqlarımızın qüvvələrini birləşdirmək  yolunda böyük işlər görəcəyinə əminliyini ifadə edib.

Sonra Türkiyə Böyük Millət Məclisinin Baş katibi Sadettin Kalkan çıxış edib.  O, Böyük Millət Məclisinin 12 parlamentlərarası beynəlxalq təşkilatın  üzvü olduğunu bildirib və TürkPA çərçivəsində əməkdaşlığın dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələri dərinləşdirməyin, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın mühüm vasitə olduğunu söyləyib.

Daha sonra  Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serik Dostanoviç Primbetov çıxış edərək  bəyannamədə də göstərildiyi kimi, TürkPA parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərməyə çalışacağını bildirib. Eyni zamanda, regional və qlobal təhlükəsizliyi qorumaq məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi üçün əlverişli siyasi meydan açacağını söyləyib.

Qazaxıstan Respublikası Parlamentinin Senat Aparatı rəhbərinin müavini Berik Arın tədbirin əhəmiyyətinə toxunaraq,  bildirib ki, TürkPA-nın ölkələr arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığa təkan verəcəyini söyləyib.

Sonda tələbələrin qonaqlara  ünvanladığı suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024