Dəyirmi masa keçirildi

20/04/2010

Aprelin 20-də Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə «Erməni saxtakarlığı və vandalizmi» Azərbaycan jurnalistləri bu barədə nə düşünür?» mövzusunda dəyirmi masa keçirilib. Tədbiri girişi sözü ilə açan universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov iki əsrdən artıq müddətdə qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edərək insanlıq əleyhinə yönəlmiş soyqırımı, terrorizm kimi cinayətlərə aşkar dəstək verən, «böyük Ermənistan» xülyası ilə yaşayan erməni ideoloqlarının böyük tarixi saxtakarlıqlara əl atmasından, faktları təhrif edərək qondarma iddialar irəli sürmələrindən, dünya ictimaiyyətini çaşdırmağa çalışmalarından bəhs edib. Bildirib ki, bir qayda olaraq hər ilin aprel ayında qondarma «erməni soyqırımı» ilə bağlı cəfəng və əsassız ərazi iddialarını gündəmə gətirərək süni ajiotaj qaldıran erməni şovinistləri bu yolla tarixən azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri amansız qarğınları, vandalizm aktlarını pərdəlyir, özləri haqqında «məzlum» və «əzilən xalq» imici yaratmağa davamlı səylər göstərirlər. 1905-1907, 1918-ci il illərdə azərbaycanlılara qarşı böyük qanlı aksiyalar, soyqırımlar həyata keçirən, 1948, 1988-ci illərdə öz ata-baba torpaqlarından deportasiya olunmuş soydaşlarımızın taleyindən bəhs edən akademik bu gün ermənilərin bütün dünyada saxta təbliğat apardığını və qədimdən bu torpaqlarda yaşadıqlarını iddia etdiklərini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb. «Təəssüf doğuran isə odur ki, dünya parlamentləri onların cəfəng iddialarını qəbul edirlər. Biz də çalışmalıyıq ki, faciələrimizi təkcə öz auditoriyalarımıza yox, eyni zamanda, dünya səviyyəsinə çıxara bilək». Rektor dəyirmi masada iştirak edən deputat həmkarlarını, qəzet baş redaktorlarını bu məsələdə daha aktiv olmağa, ümummilli məsələ olan erməni vandalizmini daim gündəmdə saxlamağa çağırıb.

«1915-ci il həqiqətləri və saxtakarlıq» mövzusunda məruzə edən professor Anar İsgəndərov isə 1915-ci ildə əslində heç bir erməni soyqırımı olmadığını bildirib və fikirlərini konkret faktlarla əsaslandırıb. Ermənilərin Qafqaza köçürülməsi ilə bağlı tarixi sənədləri əks etdirən slaydın nümayişindən sonra millət vəkilləri - Sabir Rüstəmxanlı, Fazil Mustafa, Jalə Əliyeva, Aydın Mirzəzadə, politoloq Mübariz Əhmədoğlu mövzu ətrafında çıxış edərək Bakı Dövlət Universitetinin təşəbbüsünü yüksək dəyərləndiriblər. Deputatların hər biri gücün birlikdə olduğunu qeyd edib, erməni məsələsində təşkilatlanmış formanın vacibliyindən danışıblar. Qeyd edilib ki, məsələyə ermənilərin öz metodu ilə yanaşılmalı, erməni mərkəzləri, yaradılmalı, bu dili bilən mütəxəssislər tədqiqata cəlb edilməlidir.

Dəyirmi masada «Səs», «İki sahil», «Bakı-Xəbər», «Xalq Cəbhəsi» qəzetlərinin baş redaktorları Bəhruz Quliyev, Vüqar Rəhimzadə, Aydın Quliyev və Elçin Mirzəbəyli çıxış edərək konkret təkliflər irəli sürüblər. Baş yazarlar rektora bildiriblər ki, universitetin bu təşəbbüsünü dəstəkləyirlər və bu məsələni daim rəhbərlik etdikləri qəzetin gündəmində saxlayacaqlar.

 

Mətbuat xidməti

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024