BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri istehsalat təcrübəsində

20/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələrinin istehsalat təcrübələri başlayıb.

Fakültənin Ekologiya ixtisası üzrə Azərbaycan, ingilis və rus bölmələrində təhsil alan IV kurs tələbələri üçün fevral-mart ayları ərzində Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və “EkoSfera” Qala Etno-Ekoloji Mərkəzində istehsalat təcrübəsi təşkil olunur. İstehsalat təcrübəsi BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi arasında 2015-ci ildə imzalanan anlaşma memorandumuna əsasən keçirilir.

Tələbələrə RUGİM-in direktoru, BDU-nun Bioekologiya kafedrasının dosenti, biologiya elmləri namizədi Firuzə Sultan-zadə və mərkəzin digər mütəxəssisləri tərəfindən ekoloji təhsil və davamlı inkişaf, ekoloji turizm, layihələrin idarəedilməsi barədə geniş məlumat verilir, onların iş prosesi ilə əyani tanış olmalarına şərait yaradılır.
Bununla yanaşı, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisaslarında təhsil alan tələbələr Əmlak Məsələləri Dövlət Xidməti və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq strukturlarında istehsalat təcrübələrinə başlayıblar.

İstehsalat təcrübəsi tələbələrin əldə etdikləri bilik və bacarıqların elmdə tətbiqinə yiyələnməsinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına xidmət edir.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026