Ekologiya fakültəsinin dosenti Latviyada olub

10/10/2013

Ekologiya fakültəsinin Yerquruluşu və kadastr kafedrasının müdiri, dosent Teymur Nizamzadə Latviya Respublikasının  Riqa şəhərində  torpaqların Avropa İttifaqı standartlarına uyğun olaraq kadastr qiymətləndirilməsi  metodologiyasının hazırlanması  və onun dövlət torpaq kadastr sisteminə inteqrasiya edilməsi  sahəsi üzrə  təlim keçib.  Keçilmiş  təlim nəticəsində dosent Teymur Nizamzadə  Aİ –nın qiymətləndirmə standatrlarına uyğun olaraq, Azərbaycanda torpaqların kadastr qiymətləndirilməsi   baxımından  səmərəli dövlət torpaq kadastrı sisteminin yaradılması və onun idarə olunması  üzrə dərin biliklərə yiyələnib  və təlim kursunu müvəfəqiyyətlə başa vuraraq  sertifikatla təltif olunub. Hal-hazırda T. Nizamzadə təlim nəticəsində əldə etdiyi   bilikləri  Ekologiya və torpaqşünaslıq fakültəsində “Yerquruluşu, torpaq və şəhər kadastrı”  ixtisası üzrə təhsil alan tələbələrə öyrədir. Bu isə həmin tələbələrin gələcəkdə öz sahələri üzrə  daha peşəkar mütəxəssis olmaqları üçün  bir vasitədir.

Mətbuat və informasiya şöbəsi, 10 oktyabr 2013-cü il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026