“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda III Respublika elmi konfransı

12/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda III Respublika elmi konfransının plenar iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışaraq, konfransın işinə uğurlar arzulayıb.

Elmi tədqiqatların təşkili və təhlili şöbəsinin müdiri Mirnamiq Bəşirov Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə olan diqqət və qayğısından bəhs edib. Mirnamiq Bəşirov müxtəlif aktual problemlər üzrə seminar və konfransların elmin inkişafına verdiyi töhfəyə diqqət çəkib.

Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva çıxış edərək xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunan dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü ekoloji siyasət, respublikada ekoloji problemlərin həlli yolunda atdığı addımlar haqqında məlumat verib.

Sonra Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Azər Cəfərov “Torpaq resurslarımız: təbii, təsərrüfat və hüquqi aspektləri” və magistrant Xaliqə Cəfərova “Xəzər dənizindən götürülmüş su nümunələrinin kimyəvi analizi” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransda ekokimyəvi tədqiqatlar, ətraf mühitin mühafizəsi, təbii resurslardan istifadənin istiqamətləri, torpaqların münbitliyi, aqroekoloji problemlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, konfransın proqramına 113 tezis daxil edilib.


Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026