Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib

31/10/2018

Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib. Seminarda III kurs tələbəsi Lamiyə  Heydərovanın “Xəzər dənizinin ekoloji problemləri”, II kurs magistrantı Əfsanə Eyyubovanın  “Gəncə şəhərinin ekoloji şəraitinin müasir vəziyyəti və yaxşılaşdırma yolları” və III kurs tələbəsi Pərvanə Əzizovanın “Sənayedən çıxan qaz tullantılarının ətraf mühiti çirkləndirməsi” mövzularında məruzələri dinlənilib. Dekan, professor Nazim Şəmilov, BDU TMŞ-nın sədr müavini, dosent Vaqif Qasımov,  fakültə TEC-in elmi rəhbəri, dosent Leyli Kərimova, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, elmi işlər üzrə dekan müavini dosent Fətəli Hüseynov və fakültə əməkdaşları seminarın işində iştirak edib, məruzələr ətrafında çıxışlar ediblər.

Məruzələr Tələbə Elmi Cəmiyyətinin üzvləri və digər iştirakçılar tərəfindən yüksək dəyərləndirilib. Sonda məruzəçilər xüsusi təşəkkürnamə ilə təltif ediliblər.

Mətbuat və informasiya şöbəsi, 31 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026