Ekologiya və torpaqşünaslıq fakültəsində elmi hesabatlar təqdim edilib

14/12/2017

Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. Dekan, professor Nazim Şəmilov şuranın gündəliyinə daxil edilən məsələlər barədə məlumat verib. Gündəlikdə olan əsas məsələlərdən biri - 2017-ci ildə kafedralar və Elmi-tədqiqat laboratoriyası üzrə elmi hesabatların müzakirəsi keçirilib.  Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, Torpaqşünaslıq kafedrasının müdir müavini, dosent Cəsarət Şabanov, Yerquruluşu və kadastr kafedrasının müdiri vəzifəsini icra edən dosent Leyli Kərimova illik elmi hesabatları təqdim ediblər. Daha sonra təqdimatlarla bağlı geniş müzakirələr olub. İclasda universitetin elmi hesabatlar komissiyasının üzvü  professor Oqtay Əkbərov da iştirak edib.

ecosoil.bsu.edu.az


Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026