Ekologiya və torpaqşünaslıq fakültəsində elmi seminar keçirilib

17/05/2021

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti onlayn elmi seminar keçirilib. Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorant, magistrant və fakültənin əməkdaşları  iştirak edib.

Seminarda Torpaqşünaslıq kafedrasının torpağın ekoloji monitorinqi və qorunması ixtisaslaşması üzrə magistrantı Raisa Babayeva “Abşeron rayonu torpaqlarının CİS əsasında ekoloji qiymətləndirilməsi” və  aqrokimya ixtisaslaşması üzrə magistrantı Rəşidə Şükürova “Kompost və mineral gübrələrin pambıq bitkisinin inkişafına təsiri” mövzusunda məruzə ediblər.

Məruzələrdə pambıq bitkisinin böyüməsinə gübrələrin təsirindən, kompost və digər üzvi gübrələrlə birlikdə mineral gübrələrin tətbiqinin pambıq bitkisinin inkişafına təsirinin nəticələri, Abşeron rayonu torpaqlarının aqroistehsalat qruplaşması göstərilib, neftlə çirklənmənin CİS əsasında ekoloji qiymətləndirilməsi haqqında məlumat verilib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026