Ekologiya və torpaqşünaslıq fakültəsində elmi seminar keçirilib

24/05/2021

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə növbəti onlayn elmi seminar keçirilib. Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar və magistrantlar iştirak edib.

Seminarda I kurs tələbəsi Aytən Əkbərli “Bioyanacaq və onun Azərbaycana tətbiqi”, III kurs tələbəsi Səadət Abasova “Alternativ enerji mənbələri və Azərbaycanda tətbiqi”, II kurs tələbəsi Günel Siyahbərli “Ağıllı kənd layihəsi” mövzusunda çıxış ediblər.

Məruzələrdə bioyanacağın alınma mənbələri, onların istifadəsinin ekoloji əhəmiyyəti, alternativ enerjidən istifadənin iqtisadi və ekoloji səmərəliliyi, ağıllı kənd layihəsinin mahiyyəti haqqında məlumat verilib.

Sonda məruzəçilər seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026