Ekologiya və torpaqşünaslıq fakültəsində konfrans

14/10/2011

Bu gün Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci illiyinə həsr edilmiş “Tətbiqi ekologiyanın problemləri” mövzusunda elmi-metodik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə respublikamızın müstəqilliyini əldə etməsindən sonra dövlətin ekoloji problemlərə daha böyük diqqət və qayğı göstərdiyini bildirib. Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva isə dünyanın, xüsusilə də Azərbaycanın qarşılaşdığı ekoloji problemlərdən danışıb. Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, dosent Nazim Şəmilovun sədrliyi ilə davam edən konfransda coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqü Göyçaylı danışıb. Professor son zamanlarda ekologiyanın Azərbaycanda artıq bir elm kimi formalaşdığını deyib və respublikanın elmi-metodik mərkəzi kimi tanınan BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin gördüyü işlərdən söhbət açıb. Professor Rövşən Xəlilov isə “Radioekoloji problemlər” mövzusunda məruzə edib və problemin Azərbaycandakı miqyası haqqında danışıb. Konfrans öz işini bölmələr üzrə davam etdirib.

Mətbuat və informasiya şöbəsi, 14 oktyabr 2011-ci il.

Xəbərlər

BDU-da yaz imtahan sessiyası başlayıb

BDU-da yaz imtahan sessiyası başlayıb
01/06/2026

BDU əməkdaşları Çində beynəlxalq təlim-seminarda iştirak ediblər

BDU əməkdaşları Çində beynəlxalq təlim-seminarda iştirak ediblər
01/06/2026

BDU TGT-nin üzvləri Qarabağ Universitetini ziyarət ediblər

BDU TGT-nin üzvləri Qarabağ Universitetini ziyarət ediblər
01/06/2026