Ekologiya və torpaqşünaslıq fakültəsində konfrans
07/05/2015
Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş doktorant, dissertant və magistrantların IV respublika elmi-praktiki konfransı keçirilib. Konfransı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açaraq, onun işinə uğurlar arzulayıb. Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov çıxış edərək konfransın gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Konfrans məruzə və çıxışlarla davam etdirilib.
Mətbuat və informasiya şöbəsi 07 may 2015-ci il.
Xəbərlər
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
