Ekologiya və torpaqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib

27/06/2019

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində “Ekoloji kimya”, “Ətraf mühit kimyası” və “Ekoloji kimyəvi monitorinq” ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. Ekoloji kimya kafedrasının müdiri, ixtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şuranın sədri,  professor Sevinc Hacıyevanın sədrliyi ilə keçirilən müdafiədə Azərbaycanın müxtəlif ərazilərində yerinə yetirilmiş tədqiqat işləri təqdim olunub.

Müdafiənin ilk günü Leysan Bayramlı “Bakı şəhəri Bibiheybət ərazisində neftlə çirklənmiş torpaqlarda Uranın təyini və ekoloji qiymətləndirilməsi”, Aygün Abbasova  “Astara rayonu ərazisindəki termo və səth sularının tədqiqi və ekoloji qiymətləndirilməsi”, İlahə Dadaşova  “Abşeron ərazisindən götürülmüş torpaq nümunələrində pestisidlərin təyini”, Elnur Yolçulu “Sumqayıt ərazisində təbii sularda Cd, Hg, Pb elementlərinin AAS metodu ilə təyini”, Günel Hüseynova “Abşeron ərazisindəki artezian quyu sularının ekoloji qiymətləndirilməsi” və Nərmin Mirzəyeva  “Azərbaycana idxal olunan və ixrac olunan subtropik meyvələrdə zərərli üzvi birləşmələrin təyini” mövzularında tədqiqat işlərini təqdim ediblər. Müdafiənin 2-ci günü Nabat Bahəddinli “Bəzi nadir torpaq elementlərinin ətraf mühit obyektlərindən ayrılmasının və təyininin yeni üsulunun işlənilməsi”, Rəvanə Qasımzadə “Molibdenin ətraf mühit obyektlərində sorbsiyası və qatılaşdırılaraq təyini”, Nərgiz Əlizadə “Balıq və ət məhsullarında ağır metalların təyini”, Murad Əliyev “Bakı şəhərinin sənaye rayonlarının (Binəqədi, Xətai) atmosfer havasının ekoloji qiymətləndirilməsi” və Məleykə Quliyeva “Azərbaycanın şimal bölgəsinin (Quba-Qusar misalında) təbii sularının ekoloji qiymətləndirilməsi” mövzularında dissertasiya işlərini müdafiə ediblər.

Ümumilikdə 11 nəfər magistr müdafiə işini uğurla təqdim ediblər.
Professor Sevinc Hacıyeva müdafiəyə buraxılan işlər haqqında münasibət bildirib, magistrların hazırlığını yüksək qiymətləndirib.

Mətbuat və informasiya şöbəsi, 27 iyun 2019-cu il.

Xəbərlər

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib
30/06/2026

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub
30/06/2026

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub
30/06/2026