BDU müəllimlərinin kitabı çap olunub

01/11/2017

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin baş müəllimi k.e.n. Sahil Həmidov, Ekologiya və torpaqşünaslıq fakültəsinin dosent əvəzi, k.e.n. Fətəli Hüseynov və AMEA Radiasiya Problemləri İnstitunun əməkdaşı k.e.n. Elşad Abdullayev tərəfindən hazırlanmış 10-cu siniflər üçün Kimya dərsliyi və müəllim üçün metodik vəsait “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Kimya fənni üzrə təhsil proqramı (kurikulumu)” əsasında hazırlanıb və hazırda ümumtəhsil məktəblərində tədris olunur.

Dərslikdə Kimya fənn kurikulumunun məzmununa daxil olan bütün məzmun standartları 5 bölmədə birləşən 38 mövzuda reallaşdırılıb.

Dərslikdə qeyri-üzvi birləşmələrin quruluşu və xassələri, üzvi birləşmələrin təsnifatı, nomenklaturası, alınması, fiziki və kimyəvi xassələri və kimyanın rolu ərtaflı şərh edilmişdir. Neft və daş kömürün emalı prosesləri, neft-kimya sənayesinin inkişafında Azərbaycan alimlərinin rolu göstərilib.

Mətbuat və informasiya şöbəsi, 01 noyabr 2017-ci il.

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026