Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurası illik hesabatını təqdim edib

17/10/2018

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurasının (TMŞ) 2017/2018-ci tədris ilinə aid hesabatı ilə bağlı iclas keçirilib. Əvvəlcə dekan, professor Nazim Şamilov iclasda iştirak etdikləri üçün Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, BDU-nun Tədris Metodiki Şurasının sədri, akademik Vasif Babazadə, sədr müavini dosent Vaqif Qasımov və fakültənin professor-müəllim heyətinə təşəkkür edib.

Sonra fakültə TMŞ-nin sədri, dosent Abuəli Hüseynli illik hesabatı təqdim edib. Hesabatda fakültənin kafedraları, Azərbaycan, ingilis və rus dillərində təhsil alan tələbələrin sayı, tədris olunan fənlər, keçirilən açıq dərslər, kadr hazırlığı, proqram, dərslik və dərs vəsaitləri barədə məlumatlar verilib.

TMŞ sədri hesabatla bağlı sualları cavablandırdıqdan sonra dekan, professor Nazim Şəmilov, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova çıxış ediblər. Onlar fakültə TMŞ-nin BDU Metodiki Şurası ilə birgə səmərəli fəaliyyətindən danışıb, tədrisin daha da təkmilləşdirilməsi, tələbələrin istehsalat təcrübələrinin keçirilməsi kimi məsələlərlə bağlı fikrilərini bildirib, təkliflər irəli sürüblər.

Daha sonra prorektor İradə Əliyeva hesabata münasibət bildirib, 100 illik yubiley ərəfəsində olan BDU-da rektor, akademik Abel Məhərrəmovun rəhbərliyi ilə həyata keçirilən layihələrdən, elm və təhsil sahəsində əldə olunan nailiyyətlərdən, həmçinin fakültə üzrə indeksli jurnallarda elmi məqalələrin sayının artırılmasının, proqramların çap olunması prosesinin sürətləndirilməsinin vacibliyindən bəhs edib.

Sonda çıxış edən akademik Vasif Babazadə fakültənin Tədris Metodiki Şurasının hesabatını qənaətbəxş hesab edib, səslənən təkliflərə münasibətini bildirib. O, universitetin böyük əzmlə yubileyə hazırlaşdığını, Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyətinin də bu istiqamətdə məhsuldar fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2018-ci il.

Xəbərlər

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb
20/12/2024

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
20/12/2024

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb
20/12/2024