Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib

20/12/2018

Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib. Seminarda IV kurs tələbələri Qasımova Lalə, Hüseynova Leylanın  “GMO (genetik modifikasiya olunmuş) ərzaqlar və onların insana təsiri”, IV kurs tələbəsi Sədiyev Əlinin “Azərbaycanın meşələri və onların ekologiyası” və III kurs tələbəsi Rəhimov Rəhimin “Azərbaycanın yay-qış otlaqları: qoruyaq, məhv olmasına imkan verməyək” mövzusunda məruzələri dinlənilib.
Dekan, professor Nazim Şəmilov, fakültə TEC-in elmi rəhbəri, dosent Leyli Kərimova, fakültə əməkdaşları seminarın işində iştirak edib, məruzələr ətrafında çıxışlar ediblər.
Məruzələr Tələbə Elmi Cəmiyyətinin üzvləri və digər iştirakçılar tərəfindən yüksək dəyərləndirilib. Sonda məruzəçilər xüsusi təşəkkürnamə ilə təltif ediliblər.
Mətbuat və informasiya şöbəsi, 20 dekabr 2018-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026