Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib

22/04/2019

Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib. Seminarda  II kurs magistrant Röyalə Muradovanın  “Səhralaşma və ona qarşı mübarizə tədbirləri”, III kurs tələbələri Pərvanə Əzizovanın və Lamiyə Heydərovanın “Biosferə ekstremal təsirlər“, III kurs tələbəsi Nərminə Qasımovanın “Marsda torpaq" mövzusunda məruzələri dinlənilib.
Dekan, professor Nazim Şəmilov, fakültə TEC-in elmi rəhbəri, dosent Leyli Kərimova, Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva, Tədris metodiki şuranın sədri dosent Abuyəli Hüseyinli seminarın işində iştirak edib, məruzələr ətrafında çıxışlar ediblər.
Məruzələr Tələbə Elmi Cəmiyyətinin üzvləri və digər iştirakçılar tərəfindən yüksək dəyərləndirilib. Sonda məruzəçilər xüsusi təşəkkürnamə ilə təltif ediliblər.

Mətbuat və informasiya şöbəsi, 22 aprel 2010-cu il.

 

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026