Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri istehsalat təcrübəsində

12/02/2019

Ekologiya və torpaqşünaslıq fakültəsinin qiyabi şöbəsinin Ekologiya ixtisası üzrə V kurs tələbələri Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azgüntex" günəş panelləri zavodunda istehsalat təcrübəsində olublar.
"Azgüntex" günəş panelləri  zavodunun direktoru Nizami Əsgərov tələbələrə zavod barədə ətraflı məlumat verib, onları istehsal sahəsi ilə tanış edərək maraqlandıqları sualları cavablandırıb.

İstehsalat təcrübəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 12 fevral 2019-cu il.

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026