Ekologiya və torpaqşünaslıq fakültəsinin təntənəli açılışı oldu

03/03/2011

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən elan edilmiş «Ekologiya ili» çərçivəsində ölkə ali təhsil sistemində ilk olaraq bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağının rektoru, akademik Abel Məhərrəmov, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digər rəsmi qonaqların iştirakı ilə Ekologiya və torpaqşünaslıq fakültəsinin təntənəli açılış mərasimi keçirildi. Eyni zamanda «Ekoloji monitorinq» üzrə elmi-tədris laboratoriyasının, «Ekoloji kimya və ətraf mühitin mühafizəsi» elmi-tədqiqat laboratoriyasının və kompyuter otağının da açılışı oldu.

Açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışdı, yeni fakültə və laboratoriyaların əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, Ekologiya və torpaqşünaslıq fakültəsi fəaliyyətdə olan müvafiq kafedralar əsasında yaradılıb. Yeni yaradılmış və müasir avadanlıqlarla təchiz olunmuş fakültədə bakalavr pilləsi üzrə 3 ixtisas - “Ekologiya”, «Torpaqşünaslıq və aqrokimya», «Yer quruluşu, torpaq və şəhər kadastrı» ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da çıxış edərək yeni yaradılmış fakültənin əhəmiyyətindən bəhs etdilər və universitetin Təkamül-təlimi muzeyinə dəyərli hədiyyələr təqdim etdilər.

Rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin əməkdaşları və tələbələrində ekoloji təsəvvürlərin daha da genişləndirilməsindəki xidmətlərinə və elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova, torpaqşünaslıq, kadastr elminin, ekoloji biliklərin daha da inkişafındakı xidmətlərinə və elmə, təhsilə göstərdiyi qayğıya görə Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova «Universitetin dostu» mükafatını təqdim etdi.

Mətbuat və İnformasiya şöbəsi, 03 mart 2011-ci il.

Xəbərlər

BDU-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransın əsas sessiyasının açılışı

BDU-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransın əsas sessiyasının açılışı
15/05/2025

BDU-da “Milli mətbuat tarixi” auditoriyası açılıb

BDU-da “Milli mətbuat tarixi” auditoriyası açılıb
15/05/2025

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans
15/05/2025