"Ekoloji etika, ekoloji mədəniyyət" müsabiqəsinə yekun vurulub

01/05/2014

Bu gün Bakı Dövlət Universitetində (BDU) Ekologiya və Torpaqşünaslıq Fakultəsininin keçirdiyi "Ekoloji etika, ekoloji mədəniyyət" müsabiqəsinə yekun vurulub və qaliblər təltif  edilib. Tədbirdə fakültənin dekanı, professor Nazim Şamilov, BDU-nun Tələbə və Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov çıxış ediblər. Müsabiqəyə anonim olaraq təqdim edilmiş işləri qiymətləndirən komissiyanın sədri, dekan müavini Cəsarət Şabanov “Ekoloji etika və mədəniyyət” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra müsabiqədə ilk üç yeri tutmuş qaliblər çıxış ediblər. Onların təqdim etdikləri işlərdən başqa müsabiqənın daha beş iştirakçısının işləri də qeyd edilib və hər birinə diplomlar təqdim edilib. Qeyd edək ki, müsabiqə fakültə tələbələrinin təşəbbüsü ilə keçirilib.

Mətbuat və informasiya şöbəsi, 01 may 2014-cü il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026