Ekoloji kimya kafedrasının dosenti beynəlxalq konfransda iştirak edib

03/11/2017

Gürcüstanın Iakov Qoqebaşvili adına Telavi Dövlət Universitetində "Mədəniyyətlərarası dialoqlar" adlı beynəlxalq konfrans keçirilib. Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva həmin tədbirdə çıxış edib. O, konfransın bölmə iclasından sonra universitetin rektoru, professor Irma Shioşvili, elmi işlər üzrə prorektoru professor Nunu Geldiaşvili və xarici əlaqələr üzrə prorektor Manana Garibaşvili  ilə görüşüb. Görüşdə universitetlərarası elm-tədris əlaqələrinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin dəqiq və təbiət elmləri departamentinin dekanı professor Maqda Davitaşvili ilə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi arasında elmi əlaqələrin yaradılması, tələbə və magistr mübadiləsi haqqında ətraflı müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi, 03 noyabr 2017-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026