Elan

01/03/2010

2010-2011-ci tədris ilində universitetdaxili “50+50” qrant müsabiqəsi

Bakı Dövlət Universiteti professor-müəllim heyyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin elm вя təhsilдя, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nуn rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmrilə təsis edilmiş universitetdaxili “50+50” qrant proqramının 1 oktyabr 2010-30 iyun 2011-ci il tarixlərini əhatə edən yeni mərhələsini açıq elan edir.

Müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formaları BDU-nun elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Təqdimat sənədləri 1 mart 2010-cu ildən 30 aprel 2010-cu il tarixinədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir.

Fakültə və institutların müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri 30 may 2010-cu il tarixinədək universitet komissiyasına təqdim edilməlidir.

2009-2010-cu illərdə universitetdaxili “50+50” qrant proqramının qalibləri yeni müsabiqədə iştirak edə bilməzlər.

Universitetdaxili “50+50” qrant proqramı çərçivəsində alınmış nəticələrdə (məqalə, monoqrafiya, kitab, tezis və s.) bu qrant proqramına istinad edilməlidir.

Müsabiqədə aşağıdakı istiqamətlər üzrə layihələrə üstünlük veriləcək:

1. Nanotexnologiyalar

2. Alternativ enerji mənbələri

3. Molekulyar biologiya, bioinformatika, mikrobiologiya

4. Türkşünaslıq

5. Folklorşünaslıq

6. Sosioloji tədqiqatlar:

- Azərbaycan Respublikasının əmək bazarı və yeni ixtisaslar üzrə mütəxəssis hazırlığında ali məktəblərin rolu;

- Bolonya sistemi və ali məktəblərin təhsil proqramında (kurrikulumda) islahatlar

7. Nəticələrin Tomson Röyters Agentliyi tərəfindən indekslənən jurnallarda nəşrini nəzərdə tutan ictimai və humanitar elmlərin bütün sahələri üzrə layihələr (professor-müəllim heyyəti, əməkdaşlar)


Əməkdaşlar üçün təqdimat forması

Aspirant və dissertantlar üçün təqdimat forması

Tələbələr üçün təqdimat formasi

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026