BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” adlı I Beynəlxalq elmi konfrans keçiriləcək

04/09/2023

2023-ci il noyabrın 16-17-də Bakı Dövlət Universitetində “Türk dünyası: ortaq tarixi - mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək. Beynəlxalq konfrans “Türk xalqlarının dövlətçilik tarixi ümumtürk tarixi kontekstində”, “Türk dünyası tarixində Azərbaycanın yeri”, “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər”, “Türk dünyası XXI əsrdə: müasir reallıqlar və gələcəyə baxış”, “Türk dövlətlərin əməkdaşlığında yeni mərhələ - Türk Dövlətləri Təşkilatının yaranması və fəaliyyəti”, “Türk xalqlarının ortaq tarixi-mədəni dəyərləri elmi əsərlərdə və bədii ədəbiyyat nümunələrində”, “Vətən müharibəsində qazanılan qələbənin ümumtürk tarixi üçün əhəmiyyəti və nəticələri”, “Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın tarixi maddi-mədəniyyət abidələri və onların bərpası”, “Müstəqillik illərində Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələri” və digər mövzuları əhatə edəcək.

BDU-da “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” adlı I Beynəlxalq elmi konfrans keçiriləcək

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026