Elan

05/07/2019

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

2019/2020-ci tədris ilində aşağıdakı

ixtisaslar üzrə ödənişli əsaslarla əyani formada yenidənhazırlanma təhsili almaq üçün qəbul

ELAN EDİR

1. Coğrafiya müəllimliyi

2. Kimya müəllimliyi

3. Biologiya müəllimliyi

4. Fizika müəllimliyi

5. Riyaziyyat müəllimliyi

6. İnformatika müəllimliyi

7. Tarix müəllimliyi

8. Azərbaycan dili və ədəbiyyat müəllimliyi

 

 

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsahibədə iştirak edə bilərlər.

 

 

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:


- Rektorun adına ərizə;

- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq

olunmuş surəti;

- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

- Sağlamlıq haqqında arayış;

- Şəxsiyyət vəsiqəsinin surəti.



Sənədlər 2019-cu ilin iyul ayının 5-dən (istirahət günlərindən başqa) sentyabr ayının 10-dək saat 10:00-17:00-dək Bakı Dövlət Universitetinin əsas binasında (otaq 247) qəbul edilir. 

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.

 


Ünvan: Akademik Zahid Xəlilov küçəsi-23

Telefon: (012) 539-06-86

REKTORLUQ

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026