ELAN

12/11/2014

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsini elan etmişdir. Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 500 000 manatdır. Tətbiqi xarakterli, multidissiplinar tədqiqatlar üzrə təqdim olunmuş, müxtəlif qurumlardan olan gənc alim və mütəxəssislərin iştirak etdiyi, beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi planlaşdırılan layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 2014-cü il 14 noyabr tarixindən başlayaraq qəbul olunur. Müsabiqədə iştirak etmək üçün ərizələrin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2014-cü il 29 dekabr saat 17:00-dır. Qrantların verilməsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə və müvafiq sənədlər Elmin İnkişafı Fondunun internet saytının (http://sdf.gov.az/qrant/senedler/index.html) “Qrant müsabiqələri” bölməsindən əldə edilə bilər.

Elm və innovasiyalar üzrə prorektorluq

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026