ELAN

18/04/2013

Springer nəşriyyatı, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq elmi jurnalların tələbləri” mövzusunda müəlliflər üçün seminar keçiriləcəkdir. Beynəlxalq elmi jurnallarda çap olunan məqalələrə qoyulan tələblər, jurnal seçimi, jurnallarla iş, rəy prosesi, bir sözlə elmi nəşrlərdə professionallıq və beynəlxalq standartlara uyğunlaşma məsələləri geniş müzakirə olunacaq. İngilis-Azərbaycan dillərində sinxron tərcümə xidməti olacaq.

Tədbirdə iştirak etmək istəyənlərin

www.springer.com/baku

ünvanında qeydiyyatdan keçməsi xahiş olunur.

Qeydiyyat üçün son tarix: 19 aprel 2013-cü il, saat 18:00

Məruzəçi: Dr.Chris Bendall, Springer nəşriyyatı

Sinxron tərcümə: İngilis-Azərbaycan dillərində

Tarix: 22 aprel 2013-cü il

Saat: 10:00 - 14:00

Yer: AMEA İnformasiya Texnologiyaları İnstitutu, Böyük konfrans zalı

Qeydiyyat səhifəsi: www.springer.com/baku

Ödəniş: Tələb olunmur

Sertifikat: Qeydiyyatdan keçən və seminarda tam iştirak edən iştirakçılara sonda sertifikat təqdim olunacaq.

Seminarın gündəliyi:

  1. Elmi tədqiqat və elmi nəşrlər:  imkanlar və perspektivlər
  2. Beynəlxalq elmi jurnalların tələbləri
  • Ümumi baxış
  • Məqalə yazmağa başlamazdan əvvəl
  • Jurnal seçimi
  • Məqalənin strukturu
  • Vizuallıq
  • Xarici dil məsələləri
  • Etik məsələlər
  • Jurnallara müraciət
  • Rəy prosesi

Əlaqəli şəxs: Marina Məmmədova (Tel: 012 510 06 98)

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026