Elan

19/04/2022

İtaliyanın Trento Universiteti beynəlxalq təhsil proqramı elan edir:

 

İtaliyanın Trento Universiteti adları aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil almaq istəyən tələbələr üçün beynəlxalq proqram təklif edir.

Sosial və humanitar elmlər (Şəhər kampusu)

İqtisadiyyat və idarəetmə kafedrası

Humanitar elmlər kafedrası (dillər daxil)

Sosiologiya və sosial tədqiqatlar kafedrası

Beynəlxalq Araşdırmalar Məktəbi

Hüquq fakültəsi

 

Elm və texnologiya sahəsi (Povo & Mesiano kampusu)

İnformasiya mühəndisliyi və kompüter elmləri kafedrası

Riyaziyyat kafedrası

Fizika kafedrası

Hüceyrə, hesablama və inteqrativ biologiya şöbəsi

 

Koqnitiv elmlər sahəsi (Rovereto kampusu)

Psixologiya və koqnitiv elmlər kafedrası

Məntiq/beyin elmləri mərkəzi

 

Müraciət üçün son tarix: Payız/ qış semestrində təhsil almaq üçün tələbələr 2022-ci il 09 may tarixindən gec olmayaraq BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəms Bağırovaya (bagirova.shams.i@bsu.edu.az) müraciət etməli və müvafiq ərizə formasını doldurmalıdırlar.

Dil üzrə tələblər: İngilis dilində keçilən dərslərdə iştirak üçün dil səviyyəsi B1-dən, italyan dilində keçilən dərslərdə iştirak etmək üçün isə A2-dən az olmamalıdır.

İqtisadiyyat və idarəetmə, Hüquq və Beynəlxalq təhsil fakültələrində təhsil alacaq tələbələrdən əlavə dil biliyi tələb olunur.

Qeyd: Əlavə məlumat üçün elanın ingilis dilində olan variantına nəzər salmağınız xahiş olunur.

Xəbərlər

“Tariximizin qanlı yaddaşı - Xocalıdır”

“Tariximizin qanlı yaddaşı - Xocalıdır”
24/02/2026

BDU-nun Tarix fakültəsində Xocalı soyqırımının qurbanları anılıb

BDU-nun Tarix fakültəsində Xocalı soyqırımının qurbanları anılıb
24/02/2026

BDU və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

BDU və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb
24/02/2026