Elan

22/11/2021

2021-ci il 24 noyabr tarixində (saat 14:00) BDU-da “IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri: inkişaf üçün yeni imkanlar və axtarışlar” mövzusunda onlayn təlim keçiriləcəkdir.

Bakı Dövlət Universiteti və Mikro Məlumatların İdarə Edilməsi və Paylanması (Micro Information Handling and Distribution FZE) şirkəti əməkdaş və gənc tədqiqatçıları onlayn təlimdə iştirak etməyə dəvət edir. Təlim zamanı Elektrik və Elektronika Mühəndislik İnstitutunun (Institute of Electrical and Electronics Engineers) (IEEE) “Xplore” platformasının alət və funksiyaları haqqında,  məqalələrin hazırlanması və təqdim edilməsi, jurnalların seçilməsi üzrə məsləhətlər veriləcəkdir.

Qeyd edək ki, IEEE müasir texnologiyaların inkişaf etdirilməsi üzrə dünyanın ən böyük peşəkar təşkilatıdır. IEEE yüksək istinad göstəricilərinə malik nəşrlərin dərci (200-ə qədər jurnal, kitablar və s.), konfransların təşkili (hal-hazıra qədər texnologiyanın inkişafına həsr olunmuş 1800-dən çox konfrans), texnologiya standartlarının hazırlanması, peşə və təhsil fəaliyyətləri ilə məşğul olan çox tanınmış bir təşkilatdır. IEEE-nin dünyanın 160 ölkəsindən 500.000-dən çox üzvü var. Üzvlərin sırasına texnoloji, cihazqayırma, aerospace, kompüter, telekommunikasiya və s. üzrə şirkətlər də daxildir.

IEEE Xplore Rəqəmsal Kitabxanası dünyanın ən böyük texniki rəqəmsal kitabxanasıdır. Sınaq müddətində istifadəçilər kitabxananın bütün funksiyalarından istifadə edə biləcək və aşağıdakı sənədlərə çıxışları olacaqdır:

  • 5 milyondan çox tam mətnli sənəd;
  • 195 IEEE jurnalı, dövri nəşrlər və əsərlərin topluları;
  • 1800-dən çox IEEE konfrans topluları;
  • 4600-dən çox təsdiqlənmiş və nəşr olunmuş IEEE standartı.

Təlimə qoşulmaq üçün qeydiyyatdan keçməyiniz xahiş olunur: 
https://docs.google.com/forms

Onlayn təlimə qoşulmaq üçün link:

https://teams.microsoft.com/dl/launcher/launcher.html

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024