ELAN

23/02/2018

Sizi fevral ayının 19-dan 28-dək elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş onlayn seminarlarımızda iştirak etməyə dəvət edirik.

İnformasiya resurslarının hansı funksiyaları məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində sizə faydalı ola bilər? Öz sahəmdə ən münasib və nüfuzlu nəşrləri necə tapa bilərəm? Beynəlxalq jurnalda nəşr olunma prosesi necədir? Elmi məqalələrə olan tələblər hansılardır? Yırtıcı jurnallarda nəşr olunmaqda necə qorunmaq olar? Bir elmi təşkilatın bütün nəşrlərini necə tapa bilərəm? Elmi təşkilatın nəşriyyat fəaliyyətini qiymətləndirmək və onun effektivliyini analoji  təşkilatlar ilə necə müqayisə etmək olar?

Seminar boyu bu və bir çox digər aktual mövzulara toxunacağıq və Sizi maraqlandıran suallara cavab verəcəyik!

Cədvəl

Seriya 1: Elmi nəşrlərin müəllifləri üçün informasiya alətləri

1. Elmi məqalənin yazılması üçün faktiki mənbələrin seçilməsi (Web of Science)

19 Fevral, Bazar ertəsi 09:00 – QEYDİYYAT

26 Fevral, Bazar ertəsi 11:00 - QEYDİYYAT

2. Məqalələrin GOST və beynəlxalq jurnalların tələblərinə uyğun olaraq  tərtibatı (EndNote Online)

19 Fevral, Bazar ertəsi 11:00 - QEYDİYYAT

26 Fevral, Bazar ertəsi 15:00 - QEYDİYYAT

3. Web of Science platformasında  şəxsi tədqiqatçı profilinin yaradılması (ResearcherID)

20 Fevral, Çərşənbə axşamı  09:00 - QEYDİYYAT

26 Fevral, Bazar ertəsi 13:00 - QEYDİYYAT

4. İmpakt faktorlu elmi jurnalların axtarışı və təhlili (Journal Citation Reports)

20 Fevral, Çərşənbə axşamı 11:00 - QEYDİYYAT

27 Fevral, Çərşənbə axşamı 11:00 - QEYDİYYAT

Seriya 2: Elmi fəaliyyətin təhlili üçün informasiya alətləri

1. Web of Science platforması üzrə məlumatın effektiv axtarışı və təhlili texnikası

21 fevral, Çərşənbə 11:00 - QEYDİYYAT

2. Web of Science bazasında təşkilat profilinin yaradılması və saxlanılması

19 fevral, Bazar ertəsi 13:00 - QEYDİYYAT

3. Nəşriyyat aktivliyinin peşəkar qiymətləndirilməsi (InCites)

21 fevral, Çərşənbə 15:00 - QEYDİYYAT

4. Beynəlxalq patent məlumatları ilə işləmək (Derwent İnnovasiya İndeksi)

27 Fevral , Çərşənbə axşamı 13:00 - QEYDİYYAT

Yeni seriya: Beynəlxalq jurnallarda nəşr olunmaq üçün praktik tövsiyyələr

1. Yırtıcı jurnalda nəşr olunmaqdan necə sığortalanmaq olar?

28 fevral, Çərşənbə 10:00 - QEYDİYYAT

2. Beynəlxalq jurnallarda nəşrlərə dair əsas tələblər - 1-ci hissə

28 fevral, Çərşənbə 12:00 - QEYDİYYAT

3. Beynəlxalq jurnallarda nəşrlərə dair  əsas tələblər - 2-ci hissə

28 fevral, Çərşənbə 14:00 - QEYDİYYAT

Ətraflı məlumatla tanış olmaq və Sizə maraqlı olan seminarlar üçün qeydiyyatdan keçmək üçün məktubun mətnində və ya http://info.clarivate.com/rcis_webinars_schedule saytında olan linklərə baxa bilərsiniz.

Bütün seminarlar ödənişsizdir və rus dilində aparılır. Seminarlar üçün qeydiyyatdan keçmək məcburidir. Qeydiyyata dair video təlimat və seminarlara qoşulma ilə bağlı ətraflı məlumatı burdan əldə edə bilərsiniz.

Seminarlar bitdikdən bir ay sonra iştirakçılar sertifikatlarını ala biləcəklər. İndi 3 fərqli sertifikat əldə edə bilərsiniz .Ətraflı məlumat  "SERTFİKATI NECƏ ƏLDƏ EDİM" bölməsində yerləşdirilib.

Sizi seminarlarımızda gözləyirik!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024