ELAN

25/06/2015

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

2015/2016-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün dinləyicilərin qəbulunu

 

E L A N    E D İ R

  1. Turizm və otelçilik
  2. Ekologiya
  3. Biologiya
  4. Kitabxanaçılıq və informasiya
  5. Kompyuter elmləri
  6. Coğrafiya
  7. Tarix
  8. Beynəlxalq münasibətlər
  9. Sosiologiya

10. Jurnalistika

11. Filologiya

12. İqtisadiyyat

13. Dünya iqtisadiyyatı

14. Psixologiya

 

Əlavə təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə təhsil müvafiq ixtisas üzrə bakalavr (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-          Rektorun adına ərizə;

-         Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

-         3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

-         Sağlamlıq  haqqında arayış

-         Şəxsiyyət vəsiqəsinin surəti;

-         Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi;

Xarici Ali Təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

QEYD: Sənədlər iyun  ayının 18-dən iyul ayının 8 –dək (istirahət günlərindən başqa) saat 10.00-dan 17.00-dək əsas binada (I mərtəbə, 4 saylı otaq) qəbul edilir.

Əlavə təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsabiqə aparılır. Müsabiqədən uğurla keçənlər, müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

Təhsil azərbaycan və rus dillərindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir. Təhsil əyani və qiyabi formalarda təşkil olunur.

Ünvan: Akademik Zahid Xəlilov küçəsi-23  AZ-1148

Telefon: (012) 510-70-34

REKTORLUQ

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024