ELAN

23/11/2017

2017-ci il dekabr ayının ikinci yarısında Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin 95 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək. Məruzələrin tezisləri (3 səhifəyədək) 10 dekabr tarixinə qədər göstərilən tələblərə (şrift – Times New Roman; hərflərin ölçüsü – 12 pt; sətirlər arası məsafə - 1; səhifələrin ölçüsü – yuxarı, aşağı və soldan 2,5 sm., sağdan 2 sm.) uyğun 1 nüsxədə disklə birlikdə BDU Şərqşünaslıq fakültəsinə (II tədris binası, 7-ci mərtəbə, otaq 713) təqdim edilməlidir.

Konfransın bölmələri:

  1. Dilçilik
  2. Ədəbiyyatşünaslıq
  3. Tarix
  4. Sosial elmlər

Konfrans materiallarının elektron versiyası orient.bsu.edu.az saytında yerləşdiriləcəkdir. Plenar iclasın dəqiq tarixi və yeri haqqında məlumat dekabr ayında həmin saytda veriləckdir.

Tezislərin çapı müəlliflərin hesabına nəzərdə tutulur.

Tezisin nümunə forması

Əsgərov B.V.

AMEA-nın Əlyazmalar İnstitutu

Tezisin adı

Mətn

 

İştirakçının müraciət formasını  orient.bsu.edu.az saytından əldə etmək olar.

Təşkilat komitəsi ilə əlaqə telefonu: +994 12 539 11 42

+994 12 538 06 73

E-mail: rustamovasudaba@rambler.ru

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026