Elan!

29/10/2013

Son illər respublikamızda aparılan abadlıq quruculuq işləri, müxtəlif sahələrdə infrastrukturların yaxşılaşdırılması istiqamətində atılan addımlar ictimaiyyət tərəfindən müsbət qarşılanır. Ölkə Prezidenti cənab İlham Əliyevin  xüsusi diqqət və qaygısı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazası müasir tələblərə uygun olaraq gücləndirilir. Bu sahədə atılan addımlardan biri də respublikamızda öz təhsil ənənələri ilə tanınan Bakı Dövlət Universitetində yeni tələbə şəhərciyinin yaradılmasıdır. Qeyd edək ki, BDU-nun 100 illik yubileyinə hazırlıq məqsədilə həyata keçiriləcək tədbirlər planı çərçivəsində universitetin tələbə şəhərciyi innovativ üsulla tamamilə yenidən qurulacaq.

Nəzərə çatdıraq ki, ötən əsrin 60-cı illərində inşa olunan tələbə şəhərciyi artıq istifadəyə yararsız vəziyyətdədir və müasir tələblərə cavab vermir. BDU-dan aldığımız məlumatda bildirilir ki, bu məqsədlə ərazidə 5 yeni yataqxana binası tikilməsi nəzərdə tutulur. Binaların layihəsi yüksək ixtisaslı mütəxəsislər tərəfindən universitetin xüsusi arzu və istəkləri səviyyəsində hazırlanıb. Təxminən 200 milyon manat dəyərində olan layihədə tələbələrin rahatlığını təmin edən hər bir şey nəzərdə tutlub. Layihəyə görə şəhərcikdə binaların hündürlüyü həmin ərazinin relyefindən asılı olaraq dəyişəcək. Yerin relyefi yüksəldikcə mərtəbələrin sayı azalacaq. Məsələn, Mətbuat prospekti tərəfdən olan ərazidə 16-17, daha yuxarı qalxdıqca yerin hündürlüyündən asılı olaraq 14, 13, 12 və s. mərtəbəli binalar inşa olunacaq. Ən son hündürlükdə tikiləcək bina 6 mərtəbəli olacaq. Binalarda Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə səhərcikləri (kampusları) səviyyəsində müasir standartlara cavab verən bütün şərait yaradılacaq. Hər bir binada tələbələr üçün yeməkxana, kitabxana, internet şəbəkəsi, magazalar və s. təşkil olunacaq. Burada bütün infrastruktur, o cümlədən ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədə olacaq. Şəhərcikdə  müasir universal multimedia taksofonları, genişzolaqlı internet xidmətləri tələbələrin ixtiyarına veriləcək. Təxminən 6 minə yaxın tələbənin yerləşə biləcəyi şəhərcikdə xarici tələbələr üçün xüsisu bina nəzərdə tutulub.

Niyazi RƏHİMOV

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024