Elan

13/07/2021

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Magistratura proqramları çərçivəsində Bakı Dövlət Universitetində "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədi ilə qrant müsabiqəsinin keçirilməsi haqqında

ELAN

Bakı Dövlət Universiteti (BDU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Magistratura proqramları çərçivəsində "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşmasının yeni məzmunun yaradılması və tətbiqi məqsədi ilə layihəni dəstəkləmək, bu sahənin aktual və müasir elmi problemlərinin həlli ilə məşğul olan alim və tədqiqatçıların, bu mövzu üzrə yaradılmış müvəqqəti yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumların (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.) fəaliyyətini stimullaşdırmaq və onları sözügedən prosesə cəlb etmək məqsədilə qrant müsabiqəsini aşağıdakı şərtlər daxilində elan edir.

 

Müsabiqənin məqsədi təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün kompüter elmlərinin müasir nailiyyətlərinə yiyələnməyi bacaran, informasiya texnologiyaları sahəsində dərin biliklərə malik olan, kompüter elmləri və texnologiyalarının fundamental və xüsusi tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri formalaşdıran və effektiv həll edə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından ibarətdir. Müsabiqə aşağıda qeyd olunan məsələləri özündə ehtiva edir:

-  İxtisaslaşma üzrə əmək bazarının və beynəlxalq təcrübənin müasir tələblərinə cavab verən yeni məzmunun yaradılması və tətbiqi (təhsil proqramları, tədris planları, təlim və tədris vasitələri və s);

-  İxtisaslaşma üzrə tədrisin yüksək səviyyədə təşkili məqsədi ilə yerli və beynəlxalq müəllimlərdən ibarət peşəkar komandanın formalaşdırılması;

-  İxtisaslaşma üzrə müasir standartlara cavab verən maddi-texniki bazanın qurulması;

-  İxtisaslaşma üzrə təhsil alan tələbələrin dərsdənkənar bilik və bacarıqlarının artırılması məqsədi ilə ingilis dili, öyrənmə və tədqiqata yönəlmiş fakültativ məşğələlərin təşkili.


Layihənin büdcəsi:

-   Müsabiqə nəticəsində təqdim olunacaq layihənin ümumi büdcəsi iki yüz əlli səkkiz min (258000) manatı aşmamalıdır.

 

Layihənin tərtib olunma qaydası və təqdim olunması:

-   Müsabiqədə iştirak etmək üçün təqdim olunan layihələr göstərilmiş formalara (FORMA 1FORMA 2) uyğun olaraq hazırlanmalıdır və  2021-ci il 01 iyul tarixindən başlayaraq qrant@bsu.edu.az elektron poçt ünvanına göndərilməlidir;

-   Müsabiqədə iştirak etmək üçün təqdim olunan layihələrin qəbulunun son tarixi: 2021-ci il 16 iyul saat 17:00.

 

Müsabiqənin prioritet istiqamətləri:

Müsabiqədə aşağıda göstərilən istiqamət üzrə layihələr qəbul olunacaqdır:

-  Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Magistratura proqramları çərçivəsində BDU-da  "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi.


Müsabiqənin keçirilməsi qaydaları:

-  Müsabiqədə təhsil və təlim sahəsində çalışan şirkətlər, təşkilatlar, yerli və xarici ali təhsil müəssisələri, VÖEN-ə sahib fərdi müraciətlər əsasında ali təhsil müəssisəsinin müəllimləri, müəllimlərin qrupları və ya müstəqil ekspertlər qrant layihəsinin bir neçə və ya bütün komponentləri üzrə qrantda iştirak edə bilərlər;

-  Qalib layihə müsabiqə bitdikdən 10 iş günü ərzində elan olunacaqdır;

-  Layihənin icra müddəti layihədə qarşıya qoyulan elmi məsələnin həllindən asılı olaraq 12-14 ay olmalıdır;

-  Müsabiqənin nəticələrinə görə qalib gəlmiş layihələrin rəhbərləri ilə BDU arasında layihənin icrası üzrə müqavilə bağlanılır və layihənin qalibi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində və ya İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçirilir.


Ümumi şərtlər:

-  Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan layihələr müsabiqəyə buraxılmır;

-  Müsabiqədə iştirak məqsədilə saxta sənəd, imza və məlumatların təqdim olunması layihənin müsabiqədən kənarlaşdırılmasına səbəb olur.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024