Elan: “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans

30/09/2021

Bakı Dövlət Universiteti, Romanın La Sapienza Universiteti, STAR-NET Nüvə Texnologiyaları üzrə Regional Təhsil və Təlim Şəbəkəsi, Macarstanın Szeged Universiteti və Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstutunun birgə təşkilatçılığı ilə 2021-ci ilin 15-17 dekabr tarixlərində “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfrans keçiriləcəkdir.

Konfransın məqsədi fizika sahəsində prioritet istiqamətləri üzə çıxarmaq, innovativ istiqamətləri müəyyənləşdirmək, beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir.

 

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

  1. Nəzəri və yüksək enerjilər fizikası
  2. Biofizika
  3. Kondensə olunmuş hal fizikası
  4. Materialşünaslıq və maddə mühəndisliyi
  5. Kosmos elmləri və astrofizika

 

Tezislərin təqdim edilməsi üçün son tarix: 1 Noyabr 2021-ci il

Konfransın işçi dili: İngilis dili

 

Tezislər onlayn olaraq aşağıdakı linkdə mövcud olan məruzələrin göndərilmə sistemi vasitəsilə yüklənməlidir: http://mtp2021.bsu.edu.az/

 

Tələblər:

-        Konfransın Proqram Komitəsi yalnız konfransın istiqamətləri üzrə və qoyulan tələblərə və tərtib olunma qaydalarına uyğun olaraq yığılmış tezisləri nəzərdən keçirəcəkdir;

-        Bütün məlumatlar onlayn müraciət sisteminə ingilis dilində daxil edilməlidir.

 

Tezislərin tərtib olunma qaydaları:

Tezis ingilis dilində təqdim olunmalıdır.

Tezisin adı qısa və aktual olmalıdır (12 sözdən çox olmamalıdır).

Tezisin adı: böyük hərflərlə, qalın şrift, şrift ölçüsü 14, şrift Calibri

Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12, şrift Calibri

Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri

Elektron ünvan: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri

Təqdim olunmuş tezisin həcmi 500 sözdən çox olmamalıdır. Format: A4; Fayl formatı: *doc, *docx; Şrift: Calibri, şrift ölçüsü 12, interval 1; Sahə: yuxarıdan – 2.7 sm, aşağıdan – 2.0 sm, soldan – 2.0 sm, sağdan – 2.5 sm.

İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir (məsələn, [2])

Ədəbiyyat siyahısı mətnin sonunda verilir (məsələn, M.Hasanov, A.Mamedov, Properties of CdS films. J of Nanotechnology 2021, 25 (31), p. 34-45.)

 

Yalnız qəbul olunmuş tezislər dərc olunacaqdır.

 

Proqram Komitəsi tərəfindən seçilmiş və müvafiq qaydada ciddi rəydən keçmiş məqalələr “Web of Science” bazasına daxil olan “Modern Trends in Physics” konfrans materialları toplusuna daxil ediləcəkdir.

 

Konfransın keçiriləcəyi yer və əlaqə:

Bakı Dövlət Universiteti, AZ1148, Akademik Zahid Xəlilov küç., 33.

Tel: (+994 12) 538 72 17

Mob: (+994 55) 902 33 02 (WhatsApp)

E-poçt: mtp2021@bsu.edu.az

Sayt: http://mtp2021.bsu.edu.az/

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024