ELAN

05/05/2020

BAKI DÖVLƏT UNİVERSİTETİ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının

97-ci ildönümünə həsr olunmuş

“HEYDƏR ƏLİYEV: DAHİ ŞƏXSİYYƏT, ƏBƏDİYAŞAR LİDER”

adlı

TƏLƏBƏ ONLAYN ESSE MÜSABİQƏSİ

elan edir

Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı) olmalıdır.

Esselər, müəllifin tələbə biletinin surəti ilə birlikdə (karantin tədbirləri ilə əlaqədar foto da mümkündür) 2020-ci il may ayının 5-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəkdir:

Birinci yer - 300 manat

İkinci yer - 250 manat

Üçüncü yer - 200 manat

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

Əlavə məlumat üçün: (+994 50) 485 82 80

e-mail: press-service@bsu.edu.az

Müsabiqəyə müraciət yekunlaşıb.

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!
23/07/2026