Elan: “44 günlük Zəfər salnaməsi” mövzusunda esse müsabiqəsi

25/10/2021

BAKI DÖVLƏT UNİVERSİTETİ

Tələbələr arasında

8 Noyabr -  Zəfər Günü münasibətilə

“44 günlük Zəfər salnaməsi”

mövzusunda

ESSE MÜSABİQƏSİ

elan edir

 

Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4, Arial qarnituru, şriftin ölçüsü 12 pt və interval 1,5) olmalıdır.

Esselər, müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə 2021-ci il noyabr ayının 3-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəkdir:

  • Birinci yer - 250 manat
  • İkinci yer - 200 manat
  • Üçüncü yer - 150 manat

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

Əlavə məlumat üçün: (+994 50) 966 06 07

e-mail: press-service@bsu.edu.az

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026