Müsabiqə: “Qalibiyyətə doğru qabiliyyətlə”

26/12/2020

BAKI DÖVLƏT UNİVERSİTETİNİN

MƏDƏNİYYƏT-YARADICILIQ MƏRKƏZİ

“QALİBİYYƏTƏ DOĞRU QABİLİYYƏTLƏ”

adlı onlayn yaradıcılıq müsabiqəsi elan edir


Bakı Dövlət Universitetinin Mədəniyyət-yaradıcılıq Mərkəzi aşağıdakı nominasiyalar üzrə onlayn yaradıcılıq müsabiqəsi elan edir.

  1. Vokal ifa (milli, estrada, klassik)
  2. İnstrumental ifa
  3. Rəqs (müasir, milli, pantomim)
  4. Aktyorluq (bədii qiraət, etüd, monoloq, dram)
  5. Rəsm, foto
  6. Əl işləri (toxuma, tikmə, suvenir, bəzək əşyaları, aksessuar düzəltmə qabiliyyəti)

Bu qabiliyyəti olan BDU tələbələri öz bacarığını video (və ya foto) şəklində öz tələbə biletinin surəti ilə birlikdə 18 dekabr 2020-ci ildən 01 mart 2021-ci ilədək Mərkəzin elektron poçt ünvanına bdu.m.y.m2020@mail.ru göndərə bilərlər.

Müsabiqədə yalnız Bakı Dövlət Universitetinin tələbələri iştirak edə bilər.

Qaliblər 20 mart 2021-ci il tarixdə elan olunacaq. Qaliblər mükafatlandırılacaq.

Əlavə məlumat üçün telefon: (+994 55) 956 45 19

*QEYD: Poçt ünvanına müvafiq video və şəkillərinizi göndərərkən aşağıdakı məlumatları da əlavə etməyiniz xahiş olunur:

Ad, soyad, ata adı; Fakültə, kurs; Əlaqə nömrəsi

Nümunə: Məmmədli Tural Akif oğlu; Biologiya fakültəsi, III kurs, (+994 XX) XXX XX XX

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026