Elan: BDU-da Hüquq Müzakirə Forumu keçiriləcək

08/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində növbəti Hüquq Müzakirə Forumu 10 aprel 2021-ci il tarixində saat 11:00-da keçiriləcək.

Forumda Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq məsləhətçisi, BDU-nun  Korporativ hüquq və idarəetmə fənni üzrə müəllimi Fərahim Hüseynzadə “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda təqdimat edəcəkdir.

Qeyd edək ki, Forumun nəzəri hissəsində çirkli pulların yuyulması (PL), terrorçuluğun maliyyələşdirilməsi (TM), kütləvi qırğın silahlarının anlayışı və sözügedən anlayışların hüquqi sənədlərdə təsbiti, eləcə də beynəlxalq səviyyədə maliyyə cinayətləri ilə mübarizə tədbirləri, maliyyə institutlarının PL/TM mübarizə sahəsindəki rolu və risk əsaslı yanaşmanın tətbiqinə dair mövzular barədə məlumat veriləcək. Forumun praktiki hissəsində isə eyniləşdirmə tədbirlərinin həyata keçirilməsinə və şübhəli əməliyyatların maliyyə institutları tərəfindən bildirilməsinə dair yerli və beynəlxalq hüququn normalarının tətbiqi imkanları ətrafında müzakirələr aparılacaq.

Foruma göstərilən linkdən qatılmaq olar: https://us02web.zoom.us/j/4686216164


Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026

BDU-da “Açıq qapı” günləri davam edir

BDU-da “Açıq qapı” günləri davam edir
04/08/2026